“Liverpul”da ciddi itki
- 29 Okt 2019 17:20
- 861
İngiltərə Premyer Liqasının 9-cu turunun “Mançester Yunayted”lə görüşündə zədələnən “Liverpul”un futbolçusu Joel Matipin son durumuna aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, kamerunlu müdafiəçi 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Matip zədə səbəbindən “Liverpul”un növbəti 10 oyununu buraxacaq.
28 yaşlı müdafiəçi bu mövsüm 10 oyunda iştirak edib və 2 qol vurub.
“Mançester Yunayted” – “Liverpul” oyunu 1:1 hesabıyla bitib.