“Liverpul” ciddi itkilərlə üzləşib.

Rekord.az xəbər verir ki, Mersisayd klubunun futbolçuları Dieqo Jota və Ozan Kabak sıradan çıxıb.

Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp yerli mətbuata açıqlamasında deyib. O, hər iki futbolçunun mövsümün qalan hissəsini zədə səbəbindən buraxmalı olacağını bildirib.

Qeyd edək ki, “Liverpul” Premyer Liqada sona iki tur qalmış 5-ci sıradadır.