İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində “Brayton”la 1:1 hesablı bərabərliyə razılaşan “Liverpul” itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, “qırmızılar”ın futbolçusu Ceyms Milner sıradan çıxıb.

Oyunun 74-cü dəqiqəsində zədələnən yarımmüdafiəçi oyunu davam etdirə bilməyib və əvəzlənib. Onun əzələsindən zədə aldığı bildirilir.

34 yaşlı futbolçunun son vəziyyətinin tibbi müayinədən sonra dəqiqləşəcəyi deyilir.

Qeyd edək ki, “Liverpul”da Trent Aleksander-Arnold, Co Qomes, Vircil van Deyk, Tyaqo Alkantara, Cordan Henderson, Nabi Keyta və Cerdan Şakiri də zədədən əziyyət çəkir.