İngiltərə çempionu “Liverpul” ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Ozan Kabak zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqanın 29-cu turu çərçivəsində “Çelsi” ilə keçirilən (0:1) matçda zədələnən türk futbolçu 27-ci turun “Fulhem”lə görüşünü buraxacaq.

Martın 7-də keçiriləcək “Liverpul” – “Fulhem” matçına saat 18:00-da start veriləcək.

Qeyd edək ki, “Liverpul” Ozan Kabakı bu qış Almaniyanın “Şalke” klubundan icarəyə götürüb. O, İngiltərə klubunda indiyə qədər 5 oyuna çıxıb, 450 dəqiqə meydanda olub.