
“Liverpul”dan 70 milyonluq transfer
- 02 İyl 2023 21:20
- 328
“Leypsiq”in yarımmüdafiəçisi Dominik Soboslai “Liverpul”a keçib.
Rekord.az bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Premyer Liqa təmsilçisi bu transfer üçün Almaniya klubuna 70 milyon avro ödəyib. Yarımmüdafiəçi yeni klubu ilə 5 illik sözləşmə imzalayıb. O, bu komandada 8 nömrəli formanı geyinəcək.
Soboslai 2021-ci ildən oynadığı “Leypsiq”də 91 oyuna 20 qol vurub.
22 yaşlı futbolçu Macarıstan yığmasında da 32 oyuna çıxıb, 7 qola imza atıb.