"Liverpul"dan "Bavariya"ya?
- 22 May 2021 16:47
- 794
“Liverpul”un yarımmüdafiəçisi Corcinyo Veynaldum "Bavariya"ya keçə bilər.
Rekord.az "The Times"ə istinadən xəbər verir ki, Münhen klubu 31 yaşlı futbolçunu transfer etməyə çalışır.
Niderland millisinin üzvü özü də Almaniyada oynamaqda maraqlıdır. "Bavariya"nın futbolçunun menecerləri ilə ilkin danışığının müsbət keçdiyi vurğulanıb.
Qeyd edək ki, Corcinyo Veynaldum “Barselona”nın da transfer hədəfindədir. O, iyun ayında azad agent statusuna malik olacaq.