“Liverpul”dan darmadağın, “İnter” və “Barselona”dan qələbə
- 24 Okt 2019 01:03
- 839
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turuna yekun vurulub.
Rekord.az E, F, G və H qrupları çərçivəsində baş tutan 8 oyunla birinci dövrə başa çatıb.
E qrupunun favoritləri “Liverpul”la “Napoli” autsayderlərin qonağı olub. İngiltərə nəhəngi "Genk"lə səfər matçında darmadağına sevinibsə, İtaliya təmsilçisi "Zalsburq"u çətinliklə məğlub edib.
F qrupuna eyni xalla liderlik edən "Barselona" ilə Dortmund "Borussiya"sı da səfər sınağına çıxıb. Kataloniyalılar "Slaviya" ilə görüşdə çətin qələbəyə seviniblər. Almaniya klubu isə Milan "İnter"i ilə görüşdən məğlub ayılıb.
Eyni vəziyyət G qrupu üçün də keçərli idi. “Zenit”lə “Lion” müvafiq olaraq, “Leypsiq” və “Benfika”nın meydanında mübarizə aparıb. "Zenit" hesabı açdığı qarşılaşmadan məğlubiyyətlə ayrılıb. Portuqaliyada da meydan sahibləri sevinən tərəf olub.
H qrupunda “Ayaks”la “Çelsi” üz-üzə gəlib. London klubu səfərdə minimal hesabla üstün olub. Qrupun digər matçında da "Valensiya" səfərdə "Lill" ilə heç-heçəyə razılaşıb.
UEFA Çempionlar Liqası
23 oktyabr
E qrupu
“Genk” (Belçika) - “Liverpul” (İngiltərə) 1:4
Qol: Odey, 88 - Oksleyd-Çembeyleyn, 2; 57. Mane, 77. Salah, 87.
“Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya) 2:3
Qol: Haaland, 40-pen; 72 – Mertens, 17; 64. İnsinye, 73.
F qrupu
“Slaviya” (Çexiya) - “Barselona” (İspaniya) 1:2
Qol: Boril, 50 - Messi, 3. Olayinka, 57-öz qapısına.
“İnter” (İtaliya) – “Borussiya” (D, Almaniya) 2:0
Qol: L.Martines, 22. Kandreva, 89.
G qrupu
“Leypsiq” (Almaniya) – “Zenit” (Rusiya) 2:1
Qol: Laymer, 49 Sabitzer, 59 - Rakitski, 25.
“Benfika” (Portuqaliya) - “Lion” (Fransa) 2:1
Qol: R.Silva, 4.Pitsi, 86 - Depay, 70.
H qrupu
“Ayaks” (Hollandiya) – “Çelsi” (İngiltərə) 0:1
Qol: Batşuayi, 86.
“Lill” (Fransa) – “Valensiya” (İspaniya) 1:1
Qol: İkone, 90+5 - Çerışev, 63.