İspaniya təmsilçisi "Las Palmas" İngiltərənin "Liverpul" klubunun futbolçusu Stefan Bayçetiçi icarəyə götürüb.


Rekord.az xəbər verir ki, bu barədə La Liqa komandasının mətbuat xidməti məlumat yayıb.


20 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər "Las Palmas"ın şərəfini qoruyacaq.


O, mövsümün ilk yarısını icarə əsasında “Zalsburq”un (Avstriya) heyətində keçirib.


Bayçetiçin "Liverpul"la olan müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.