"Liverpul"la oyunda iki dəfə üzüldü VİDEO
- 27 Fev 2020 19:00
- 777
Premyer Liqanın 27-ci turunun “Liverpul” - “Vest Hem” oyunundan (3:2) sonra qonaq komandanın futbolçusu Tomaş Souçek üçün üzücü hadisə baş verib.
Rekord.az xəbər verir ki, 2019-cu ildə Çexiyanın ən yaxşı futbolçusu seçilən 25 yaşlı yarımmüdafiəçi əvvəlcə 48-ci dəqiqədə zədəsi səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb.
Amma bu, onun üçün sonuncu məyusedici hal olmayıb. Matçdan sonra o, “Liverpul”un futbolçu Vircil van Deykə yaxınlaşaraq formasını dəyişdirmək istəyib. Lakin hollandiyalı futbolçu öncədən başqa oyunçu – Pablo Fornalsa söz verdiyindən Souçekun istəyini yerinə yetirə bilməyib.