![photo](https://www.rekord.az/storage/uploads/4/liverpul1-3.jpg)
“Liverpul”un 20 milyonluq transfer təklifi rədd edildi
- 28 Mar 2021 14:46
- 618
“Liverpul” İtaliyanın “Torino” klubundan Vilfrid Sinqonu heyətinə qatmaq istəyib.
Rekord.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Xəbərdə “Liverpul”un 20 yaşlı müdafiəçi üçün 20 milyon avro təklif etdiyi, lakin “Torino”nun “yox” cavabı verdiyi bildirilib.
“Torino”nun yetirməsi olan Sinqo bu mövsüm A Seriyasında 21 oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalır.