"Sky Sports" nəşri İngiltərə Premyer Liqasında  bu mövsümü simvolik yığmasını hazırlayıb.

Rekord.az xəbər verir ki, siyahıda lider "Liverpul"un 6 oyunçusu yer alıb. "Lester" və "Şeffild Yunayted"də 2, "Mançester Siti"dən isə 1 futbolçu simvolik yığmaya daxil olub:

Qapıçı: Den Henderson ("Şeffild Yunayted")

Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Deyk, Endryu Robertson (hamısı "Liverpul"), Cek O'Konnell ("Şeffild Yunayted")

Yarımmüdafiəçilər: Onine Ndidi ("Lester"), Cordan Henderson ("Liverpul"), Kevin de Brüyne ("Mançester Siti")

Hücumçular: Sadio Mane, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Ceymi Vardi ("Lester")