"Liverpul"un ən yaxşısı o seçildi
- 10 Yan 2020 13:44
- 755
"Liverpul"da dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Cempion.az xəbər verir ki, klubun rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, Trent Aleksandr-Arnold 2019-cu ilin son ayının ən yaxşı oyunçusu seçilib.
21 yaşlı müdafiəçi səsvermədə Roberto Firmino və Məhəmməd Salahı qabaqlayıb. Arnold dekabrda 8 görüşdə meydana çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə verib.