“Liverpul”un futbolçusu ilə yeni müqavilə
- 09 İyn 2020 14:21
- 630
İngiltərənin “Bornmut” klubu yarımmüdafiçisi Harri Uilsonla icarə müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
23 yaşlı uelsli futbolçu müqavilə ilə “Liverpul”a məxsusdu. O, 2019-cu ilin avqustundan “Bornmut”da icarədədi. Yeni müqaviləyə əsasən o, mövsümün bitiminə qədər bu komandanın uğurları üçün çalışacaq.
“Liverpul”un öz yetirməsi olan Uilson, Uels yığmasının da şərəfini qoruyur.