“Liverpul”un futbolçusunun evi qarət olundu
- 24 İyl 2020 18:40
- 645
“Liverpul”un futbolçusu Fabinyonun evi qarət olunub.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 22-də baş verib.
“Liverpul”un Premyer Liqanın 37-ci turunun “Çelsi” ilə matçından (5:3) sonra çempionluğunu qeyd etmək üçün məclis təşkil edilib. Fabinyo məclisdə olarkən evi soyulub.
Oğrular evdən zinyət əşyaları və futbolçunun qarajdan “Audi RS6” markalı avtomobilini oğurlayıb.
Fabinyonun avtomobili daha sonra Uiqan bölgəsində tapılıb.