Kolumbiyada “Liverpul”un futbolçusu Luis Diasın valideynləri oğurlanıb.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Quahira departamentinin Barrankas şəhərində baş verib.

Bildirilib ki, Diasın valideynləri avtomobili idarə edərkən motosikletli şəxslər onların yolunu kəsib.

Polis artıq futbolçunun anasını xilas edə bilib. Hazırda onun atasının azad edilməsi üçün əməliyyat aparılır.

26 yaşlı Dias ötən ilin yanvarında "Portu"dan "Liverpul"a keçib. Bu müddət ərzində o, İngiltərə klubunun heyətində bütün turnirlərdə 58 oyun keçirib və 14 qol vurub.