İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün çempionu “Liverpul”un mükafatına qovuşacağı vaxt bilinib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mersisayd təmsilçisinin çempionluq kuboku Premyer Liqanın 37-ci turundakı “Çelsi” ilə “Enfild Roud”dakı matçdan sonra veriləcək. “Liverpul”un mükafatlandırılması mərasimi boş tribunalar önündə keçiriləcək.

“Liverpul” – “Çelsi” matçı iyulun 22-də oynanılacaq.

 “Liverpul” Premyer Liqada 93 xalla liderdir. Komanda 31-ci turdan çempionluğunu rəsmiləşdirib.