"Liverpul"un sabiq futbolçusu baş məşqçi oldu
- 01 Apr 2021 15:20
- 529
Danimarka millisinin və "Liverpul"un sabiq müdafiəçisi Daniel Aqqer ölkəsinin "Keqe" klubunun baş məşqçisi təyin olunub.
Rekord.az xəbər verir ki, bu barədə ikinci liqa təmsilçisinin saytı məlumat yayıb. Onunla 2024-cü ilin iyununa kimi müqavilə imzalanıb. Bu, 36 yaşlı sabiq futbolçunun ilk baş məşqçi təcrübəsi olacaq.
Qeyd edək ki, D.Aqqer 2006-2014-cü illərdə "Liverpul"da oynayıb. O, 2016-cı ildə futbolçu karyerasını başa vurub.