“Liverpul”un sabiq futbolçusu xərçəngə qalib gəldi
- 24 Apr 2020 18:20
- 607
İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu Dominik Matteo beyin xərçənginə qalib gəlib.
Rekord.az xəbər verir ki, 45 yaşlı sabiq futbolçu, sosial şəbəkə hesabından etdiyi paylaşımda xəstəlikdən sağaldığını bildirib:
“Çərşənbə günü mənə zəng gəldi, bunun üçün dua etmişdim. Beyin müayinəm hər şeyin təmiz olduğunu göstərib. Altı aylıq qorxu, ağrılı reabilitasiya və əməliyyatdan sonra artıq sağlamışam”.
Matteo 1992-2000-ci illərdə “Liverpul”un şəfərini qoruyub.