“Liverpul” və “Mançester Siti”nin sabiq futbolçusu Kreyq Bellami Uels yığmasının baş məşqçisi təyin olunub.

Rekord.az xəbər verir ki, bu barədə yerli futbol assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

44 yaşlı Bellami bu vəzifədə bir müddət əvvəl istefaya göndərilən Rob Peyci əvəzləyib.

Bellami futbolçu kimi “Nyukasl”, “Liverpul”, “Mançester Siti”də forma geyinib. O, Uels yığmasında 78 oyunda 19 qol vurub.

Mütəxəssis sonuncu dəfə “Bernli” klubunda köməkçi məşqçi olub.