“Liverpul” bu mövsüm son 5 ildəki ən bərbad nəticəsini göstərib.

Rekord.az xəbər verir ki, “mersisaydlılar” ötən gecə “Bernli”yə (0:1) məğlub olub. Beləliklə, “Liverpul” 19 oyundan sonra cəmi 34 xal toplaya bilib.

Bu isə komandanın 2015/2016-cı illər mövsümündən sonra ən pis nəticəsi hesab edilir. Həmin vaxt “qırmızılar” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıblar.

Qeyd edək ki, hazırda lider “Mançester Yunayted”dən 6 xal geri qalan “Liverpul” 4-cü sırada yer alıb.