İngiltərə Premyer Liqasının 17-ci turunda “Liverpul” doğma meydanda “Mançester Yunayted”lə heç heçə edib (0:0).

Rekord.az BBC-yə istinadən xəbər verir ki, matçı 57,158 min azarkeş izləyib. Bu isə son 60 ildə “Enfild”də qeydə alınan ən yüksək tamaşaçı sayıdır.

“Liverpul” sonuncu dəfə 1963-cü ildə ölkə kubokunda “Bernli” ilə görüşdə “Enfild”ə belə çox azarkeş toplaya bilmişdi.

17 oyundan sonra “Liverpul” turnir cədvəlində 38 xalla 2-ci pillədə qərarlaşır. “Mançester Yunayted” isə 28 xalla 7-ci yerdədir. Çempionatın lideri 39 xalı olan “Arsenal”dır. Növbəti turda “Liverpul” “Arsenal”la üz-üzə gələcək.