"Liverpul"un təklifindən imtina etdi
- 08 Okt 2019 15:43
- 833
"Lester"in müdafiəçisi Ben Çilvel "Liverpul"a keçidinin baş tutmadığına görə təəssüflənmədiyini deyib.
Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu 4-5 il əvvəl "mersisaydlılar"ın onu almaqda israr etdiklərini deyib.
"Onda 17 yaşım var idi, agentim dedi ki, "Liverpul" səni heyətinə qatmaqda israr edir. Ancaq mən komandamda qalmağa qərar verdim və geriyə boylananda ötən illərə nəzər salıram, qətiyyən peşman deyiləm. Artıq milli komandada çıxış edirəm. "Lester"də hamı mənə güvənir, hörmət edir. Çox xoşbəxtəm".
Çilvell cari mövsüm "tülkülər"in heyətində 6 dəfə meydana çıxıb, 1 qol vurub. O, 2018-ci ildən dəvət aldığı İngiltərə yığmasında hələlik 8 oyun keçirib.