“Liverpul”un zədəli futbolçusu sıraya döndü
- 24 Yan 2024 15:30
- 272
"Liverpul"un futbolçusu Endryu Robertson zədəsini sağaldıb.
Rekord.az BBC-yə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçi köməkçisi Pep Leynders danışıb.
O, 29 yaşlı müdafiəçinin artıq komanda ilə məşqlərə başladığını qeyd edib: “Endryu dünən komanda ilə məşq etdi. 13 həftə kənarda qalmışdı. Əlbəttə ki, hər şeyin qaydasında olduğundan əmin olmaq üçün cərrahla görüş keçirilib”.
Robertson yanvarın 24-də, ölkə kubokunun yarımfinal mərhələsinin "Fulhem"ə qarşı cavab matçında oynamağa hazır olacaq .
Xatırladaq ki, şotlandiyalı futbolçu oktyabr ayından milli komandanın heyətində zədələnmişdi.