“Liverpul”un zədəli futbolçusu Fabinyo sağalıb.

Rekord.az xəbər verir ki, braziliyalı müdafiəçi artıq komandayla məşqlərə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fabinyo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Atletiko”ya qarşı keçiriləcək oyunda iştirak edə bilər.

Sabah keçiriləcək “Liverpul” – “Atletiko” matçı saat 00:00-da start götürəcək.