Rusiyanın “Lokomotiv” klubunun 4 futbolçusu koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçular, məşqçilər və klub işçiləri bu gün koronavirus testindən keçib. Testlərdə 4 futbolçunun – Dmitri Barinov, Anton Koçenkov, Timur Süleymanov və Roman Tuqarevin nəticəsi pozitiv çıxıb.

Adı çəkilən futbolçularda xəstəliyin simptomlarının müşahidə olunmadığı və özlərini yaxşı hiss etdiyi bildirilir.