"Lokomotiv"ə (Moskva) yeni baş məşqçi təyin olunub.

Rekord.az xəbər verir ki, almaniyalı Markus Gisdol ilə anlaşma əldə olunub.

52 yaşlı mütəxəssis yeni işinin icrasına tezliklə başlayacaq. O, oktyabrın 5-də istefaya göndərilmiş serbiyalı Marko Nikoliçi əvəzləyib.

Markus Gisdol daha əvvəl yalnız Almaniya komandalarında çalışıb. Təcrübəli baş məşqçinin son iş yeri "Köln" olub.