Bu gün İngiltərə Premyer Liqasında London derbisi keçirilib. 

Rekord.az xəbər verir ki, "Tottenhem" evdə "Arsenal"ı qəbul edib. Meydan sahibləri "topçular"a 3 cavabsız qolla qalib gəlib. 

Hesabı 22-ci dəqiqədə Harri Keyn penaltini dəqiq yerinə yetirməklə açıb. 37-ci dəqiqədə ingiltərəli hücumçu fərqi bir qədər də artırıb. Son nöqtəni 47-ci dəqiqədə Son Hın Min qoyub.

Bunu da qeyd edək ki, "Arsenal"ın futbolçusu Rob Holdinq 33-cü dəqiqədə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. 

Əlavə edək ki, "Arsenal" hazırda turnir cədvəlində 66 xalla 4-cü, "Tottenhem" isə 65 xalla 5-cidir.