"Tottenhem"in qapıçısı Uqo Loris klub rekorduna imza atıb.

Rekord.az xəbər verir ki, 34 yaşlı qolkiper buna Prmeyer Liqanın 2-ci turunda hazırda davam edən "Vulverhempton"la matçda nail olub. O, həmin görüşdə iştirak etməklə "Tottenhem"in heyətində çıxdığı matçların sayını 300-ə çatdırıb. Bununla da fransalı oyunçu klubun keçmiş yarımmüdafiəçisi Darren Andertonun rekordunu yeniləyib - 299 görüş. 

Qeyd edək ki, Loris 2012-ci ildən "Tottenhem"də oynayır.