“Bavariya”nın sabiq futbolçusu Lotar Matteus klubun yeni baş məşqçisinin kim olması ilə bağlı fikrini bildirib.

Rekord.az xəbər verir ki Mattesun qənaətinə görə, “Bavriya” Xosep Qvardiolanı geri qaytarmalıdır.

O bildirib ki, Münhen nəhənginin istədiyi futbolu ancaq Pep verə bilər:

“Bavariya” topa nəzarət etmək istəyir? Onda Qvardioladan yaxşı variant yoxdur. Onu geri qaytarmaq lazımdır. Pepin qaytarılması “Bavariya”nın xeyrinə olardı. Üstəlik, bundan Bundesliqa da qazanar”.

Qvardiola “Bavariya”nı 2013-2016-cı illərdə çalışdırıb.