Məşhur almaniyalı sabiq futbolçu Lotar Matteus Avro-2020-dən sonra Almaniya millisindəki karyerasını bitirən Toni Kroos haqda danışıb.

Rekord.az goal.com-a istinadən xəbər verir ki, o, Kroosu tənqid edib:

"Kroosun oyun tərzini bəyənmirəm. Avro-2020 göstərdi ki, futbolda hər şey sürətdən asılı deyil. Top Kroosun ayağına gələndə bir neçə yaxşı hərəkət edə bilir. Amma Avro-2020-də gördük ki, Kroos topa sahib olanda komandanın oyununun sürətini zəiflədir. O, artıq lider və ən yaxşı səviyyəli futbolçulardan deyil. Ötən mövsüm də "Real"ın heyətində bir neçə matçda möhtəşəm oynadı. Amma sonradan ümumiyyətlə, görünmədi".