Almaniya millisinin baş məşqçisi Yoahim Löv adının Niderland yığması ilə hallanmasına münasibət bildirib.

Rekord.az "DPA"ya istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis istefa verən Frank de Buru əvəzləməyi düşünmədiyini deyib: "Hazırda bu, məni qətiyyən maraqlandırmır. Niderlandlıların futbola yaxşı bələn olan kifayət qədər əla məşqçiləri var".

Qeyd edək ki, Y.Löv Avro-2020 başa çatdıqdan sonra Almaniya yığmasını tərk edəcək. Onu "Bavariya"nın sabiq çalışdırıcısı Hans-Diter Flik əvəzləyəcək.