Luçesku Çempionlar Liqasının ən yaşlı məşqçisi olur
- 02 Okt 2020 12:20
- 603
Kiyev “Dinamo”sunun çalışdırıcısı Mirça Luçesku Çempionlar Liqasının qrup mərhələsində iştirak edən ən yaşlı baş məşqçi olacaq.
Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, 75 yaşlı mütəxəssisin komandası pley-offda “Gent”i (2:1, 3:0) məğlub etməklə qrup mərhələsinə vəsiq əldə edib. Bununla da Luçesku qitənin əsas futbol turnirinin qrup mərhələsində iştirak edən ən yaşlı mütəxəssis olacaq.
Bundan əvvəlki rekord isə “Bavariya”nın sabiq baş məşqçisi Yupp Haynkesə məxsusdur. O, 72 yaşında Münhen təmsilçisi ilə 2017-2018-ci illər mövsümündə Çempionlar Liqasında iştirak edib.
Xatırladaq ki, Çempionlar Liqasının bu gün Cenevrədə keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Qeyd edək ki, Luçesku bu ildən "Dinamo"nu çalışdırır.