Luçesku İsveçrə klubunda
- 25 Dek 2019 14:40
- 869
Son olaraq Türkiyə milli komandasını çalışdıran Mirça Luçeskunun yeni iş yeri bilinib.
Rekord.az xəbər verir ki, 74 yaşlı mütəxəssis “Syon” klubunu çalışdıracaq. Bu barədə İsveçrə təmsilçisinin prezidenti Kristian Konstantin yerli mətbuata açıqlamasında deyib. Konstantin Luçeskunun yanvarın 2-də rəsmi müqavilə imzalayacağını bildirib.
“İnter”, “Şaxtyor”, “Qalatasaray”, “Zenit”, “Beşiktaş” kimi klublarda işləyən Luçesku, 2017-2019-cu illərdə Türkiyə milli komandasını çalışdırıb.