“İnter”dən “Çelsi”yə keçən Romelu Lukaku İtaliya klubunun azarkeşlərinə səslənib.

Rekord.az xəbər verir ki, belçikalı hücumçu “tvitter” hesabında “neradzurra”nın azarkeşlərinə təşəkkür edib:

“Əziz “İnter” azarkeşləri, məni özünüz kimi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Məni və ailəmi Milanda evimdə hiss etdirdiz.

Dəstəyiniz və sevginiz üçün sizə təşəkkür edirəm. Hər məşqdə, oyunda sizi qürurlandırmaq üçün əlimdən gələni etdim. Siz mənə güc verdiz və komandamız çempion oldu.

Ümid edirəm ki, “Çelsi”yə niyə getdiyimi başa düşmüsüz. Bu, mənim üçün həyatdakı ən böyük şans idi və xəyalını qurduğum fürsət əlimə keçmişdi.

Tərəddüd etməyin, mən sona qədər “İnter” azarkeşi olaraq qalacam. Çünki siz olmasaydız, bu gün olduğum adam və futbolçu olmazdım. Sizə sonsuz təşəkkür edirəm”.

Lukaku 115 milyon avro qarşılığında “Çelsi”yə keçib.