"İnter"in futbolçusu Romelu Lukaku dünyanın ən yaxşı hücumçusu  hesab etdiyi oyunçunun adını açıqlayıb.

Rekord.az xəbər verir ki, belçikalı forvard RTBF-yə açıqlamasında Kərim Benzemanı ("Real") fərqləndirib: "Dünyanın ən yaxşı hücumçusuna gəlincə, bu, şübhəsiz ki, Kərim Benzemadır".

Qeyd edək ki, Benzema bu mövsüm İspaniya çempionatında 30 oyunda iştirak edib, 21 qol vurub və 8 qolun ötürməsini verib.