“Napoli”ninn və Belçika millisinin mərkəz hücumçusu Romelu Lukaku peşəkar karyerasında 400-cü qolunu vurub.


Rekord.az xəbər verir ki, əlamətdar hadisə İtaliya A Seriyasının 30-cu turunun “Milan”la matçında (2:1) baş verib.


31 yaşlı hücumçu Belçika millisində 88, “Everton”da 87, “İnter”də 78, “Mançester Yunayted”də 42, “Anderlext”də 41, “Roma”da 21, “Çelsi”də 15, “Vest Bromviç”də 17, “Vest Bromviç”də 17 qol vurub.


Lukaku bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə 30 oyun keçirib, 11 qol və 9 assistlə yadda qalıb.