DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan və İrlandiya ilə qarşılaşacaq Lüksemburq yığması ciddi itkiylə üzləşib.

Rekord.az xəbər verir ki, millinin müdafiəçisi Lars Jerson zədələnib. Bu barədə Lüksemburq mətbuatı məlumat yayıb.

31 yaşlı futbolçu zədə səbəbindən Azərbaycan və İrlandiya ilə oyunları buraxacaq.

Lüksemburq yığması noyabrın 11-də Bakıda Azərbaycanla, 14-də isə evdə İrlandiya ilə qarşılaşacaq.