![photo](https://www.rekord.az/storage/uploads/5/6d49e.jpg)
Lüksemburq millisinin üzvü "Sabah"da
- 07 İyl 2023 23:55
- 270
"Sabah" Lüksemburq millisinin və Ukraynanın "Vorskla" klubunun futbolçusu Vensan Tilli transfer edir.
Rekord.az "tageblatt.lu" saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqaviləni razılaşdırıb.
Oyunçunun artıq yeni komandasının düşərgəsində olduğu bildirilib.
Vensan Till daha əvvəl Fransanın "Mets", "Po", "Orlean" və Portuqaliyanın "Nasyonal" klublarının da formasını geyinib. O, son iki ildə icarə əsasında İsveçin "Örebro" və AİK komandalarında oynayıb.