Lüksemburqun zibili FOTOLAR
- 12 Noy 2021 10:15
- 766
Dünən Azərbaycan millisi ilə oyunu işıqlandırmaq üçün Lüksemburqdan bir qrup jurnalist də ölkəmizə təşrif gətirmişdi. Amma özlərini heç də yaxşı qonaq kimi aparmayıblar. Yox, dava-dalaş salmayıblar. Hansısa xırda insident də törətməyiblər. Sadəcə, hamımızn dilindən düşməyən "Avropa mədəniyyəti" ifadəsinin tam əksini ediblər. Belə ki, press lojada oyunu izləyə-izləyə qarınlarını da yaddan çıxarmayıblar. Yaxşıca yeyib-içiblər. Halal xoşları, yeməklərində nə gözümüz nə də sözümüz var. Problem ondadır ki, oyundan sonra yediklərinin tör-töküntülərini elə stadionda qoyub gediblər. Kobud desək, oturduqları yeri zibilxanaya döndəriblər. Halbuki hamısınn yanında zibil qutuları var idi. Xoşagəlməz görüntülərin əks olunduğu fotoları sizə də təqdim edirik: