Məlum olduğu kimi, "Qarabağ" rusiyalı qapıçı Andrey Lunyovla müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, müqavilə 1+1 formatında bağlanıb.

İlkin müqavilə gələn ilin payızına qədər olmasına baxmayaraq, mövsümün sonunda bu məsələyə daha erkən baxıla bilər. Belə ki, qapıçı özünü yaxşı tərəfdən göstərsə, Qurban Qurbanovun etimadını doğurulda bilsə, onunla müqavilıə daha erkən, özü də 2 illik uzadılacaq.