"Sumqayıt”ın müdafiəçisi İsa Suliman əməliyyat olunub. 

Rekord.az xəbər verir ki, Premyer Liqanın 10-cu turunun “Sabah”la oyununda zədələnən pakistanlı futbolçuya medial menisk yırtığı diaqnozu qoyulub.

Türkiyənin paytaxtı Ankara şəhərində əməliyyat olunan müdafiəçinin ən gec iki ay yaşıl meydançalardan kənar qalacağı məlum olub. Bu müddətdə klub onun maaşını və müalicə xərclərini ödəməkdə davam edəcək. Futbolçu yalnız komanda qələbə qazanarsa mükafat almayacaq.