Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, bundan sonra sözügedən komandanı İqor Yoviçeviç çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yoviçeviç bu postda komandanı ötən həftə tərk etmiş Nenad Belitsanı əvəzləyib. Hansı ki, o, koronavirus pandemiyası zamanı maaşların azaldılmasına razı olmadığı üçün istefaya göndərilmişdi.

Yoviçeviçlə müqavilənin müddəti açıqlanmayıb. 46 yaşlı mütəxəssis 2017-ci ildən Zaqreb klubunda çalışır. O, bu vaxta qədər U-19 və əvəzedici komandaların baş məşqçisi olub.

Qeyd edək ki, Xorvatiya çempionatı koronavirusa görə dayandırılıb. “Dinamo” 26 turdan sonra ən yaxın izləyicisi “Riyeka”nı 18 xal qabaqlayaraq 65 xalla birinci pillədə qərarlaşıb.