"Sabah" qapıçısı Nicat Mehbalıyevlə müqavilə müddətini uzadıb.

Rekord.az xəbər verir ki, 23 yaşlı qolkiperlə yeni anlaşmanın müddəti 2026-cı ilin iyununadəkdi.

Əldə etdiyimiz məlumata görə, yeni müqaviləyə əsasən Nicatın maaşı iki dəfəyədək artırılıb.

Qeyd edək ki, bir ara Mehbalıyevlə "Sabah" arasında problem yaşanmış, nəticədə qapıçı əvəzedici komandayha göndərilmişdi.