Almaniyanın “Yunion” klubunun futbolçusu Sebastian Polter Bundesliqa matçlarında iştirak etməyəcək.

Rekord.az xəbər verir ki, bu barədə Berlin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Buna 29 yaşlı hücumçunun koronavirus pandemiyasına görə məvacibini azaltmaqdan imtina etməsi səbəb olub. Polter, “Yunion” rəhbərliyinin maaşların azaldılmasıyla bağlı verdiyi qərarla razılaşmayan yeganə futbolçu idi.

“Yunion”la mövsümün sonuna qədər müqaviləsi olan Polter, komandayla məşqlərdə iştirak edə bilər. Ancaq o, bundan sonra heç bir rəsmi qarşılaşmada iştirak etməyəcək.