Maaşının yarısını “Fənərbaxça”, yarısını da “Qarabağ” verəcəkdi
- 07 Fev 2020 16:00
- 981
Türkiyə mətbuatı qış fasiləsi zamanı “Fənərbaxça”nın futbolçusu Alper Potukun “Qarabağ”a transferinin baş tutmamasının səbəbini açıqlayıb.
Rekord.az “Milliyyət” qəzetinə istinadən yazır ki, İstanbul klubu yarımmüdafiəçisinin mövsümün sonunadək Azərbaycanda oynamasına razılıq verib. Bu halda onun maaşının yarısını “Fənərbaxça”, yarısını isə “Qarabağ” ödəyəcəkmiş.
Qeyri-rəsmi xəbərə görə, söhbət ümumən 600 min avrodan gedirmiş. Amma Alper son anda “Qarabağ”dan oynamaqdan imtina edib.