Macarıstan – Azərbaycan oyunu hollandlara tapşırıldı
- 10 Okt 2019 16:40
- 791
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Azərbaycan oyununun hakimləri məlum olub.
Rekord.az xəbər verir ki, qarşılaşmanı Hollandiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Dennis Hiqler olacaq. Ona Yohan Balder və Yoost van Zuylen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Bas Neyheys yerinə yetirəcək.
Oktyabrın 13-də keçiriləcək Macarıstan – Azərbaycan matçı saat 20:00-da start götürəcək.