"Sevilya" və "Bavariya" arasında UEFA Super Kuboku uğrunda matç təxirə salına bilər.

Rekord.az xəbər verir ki, Macarıstan sentyabrın 1-dən etibarən koronavirus infeksiyasına yoluxmanın artması səbəbindən bütün xarici vətəndaşlar üçün sərhədləri bağlamağa qərar verib.

Oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilməlidir. Beləliklə, UEFA Super Kuboku uğrunda qarşılaşmanın keçirilməsi sual altına düşüb.

"Bavariya" Çempionlar Liqasının finalında Fransa PSJ-sini 1:0 hesabı ilə üstələyib. "Sevilya" isə Avropa Liqasındakı həlledici matçda İtaliya "İnter"indən güclü olub - 3:2.