Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda baş tutan Macarıstan - İsveçrə matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçrəlilərin heyətində Qranit Caka qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Komandasının 3:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada 31 yaşlı yarımmüdafiəçinin ötürmələrinin 90 faizi dəqiq olub.