Macarıstanda forma geyinən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova beynəlxalq turnirdə ardıcıl ikinci qələbəsini qazanıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu "Vasas" Sloveniyada təşkil olunan "Maribor kuboku"nda yerli "Maribor" klubu ilə üz-üzə gəlib.

Görüş gərginliyi ilə yadda qalıb. Ayşən və rəfiqələri 5 hissə davam etmiş matçda 3:2 hesablı qələbəni bayram ediblər.

Komandasının ardıcıl ikinci qələbəsini qazandığı oyunda millimizin kapitanı 13 dəfə fərqlənib.

Qeyd edək ki, "Vasas" bundan əvvəlki qarşılaşmada İsveçrənin "Volero" klubunu da eyni hesabla üstələyib.