Macarıstanda qadın voleybolçuların kubokunda finalçılar bəlli olub. "Rekord.az" xəbər verir ki, bu ölkədə çıxış edən Azərbaycan yığmasının iki üzvü həlledici matçda bir-birinə rəqib olub.

Blokçumuz Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas" yarımfinalın hər iki oyununda "KNRC" klubunu 3:0, hücumçumuz Marqarita Stepanenkonun formasını geyindiyi "Bekescsaba" isə yarımfinalda "Fatum" klubunu 3:1 hesabları ilə məğlub edib. 

Komandalarının finala keçidini rəsmiləşdirdiyi cavab qarşılaşmalarında millimizin və "Vasas"ın kapitanı Ayşən Abduləzimova 10 xal qazanıb. O, 5 dəfə hücumda, 4 dəfə blokda, 1 dəfə isə eyslə fərqlənib. Stepanenko isə 7 xal qazanıb.

 Beləliklə, bu Macarıstan kubokunda finalında iki azərbaycanlı voleybolçu üz-üzə gələcək. Kubokun final qarşılaşması martın 9-da keçiriləcək.